• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edəcək komandalar müəyyənləşib

4-11 avqust 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub. Azərbaycan bu yarışmada iki komanda ilə təmsil olunacaq.

Birinci komandaya Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fərhad Əzimov, ikinci komandaya isə nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Ömərova, Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin şagirdi Əziz Hüseynov, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Hüseyn Hacıyev və Bakı şəhəri  269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov üzvdür.

Qeyd edək ki, ölkəmizi bu olimpiadada təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədi ilə iki seçim imtahanı keçirilib. Seçim imtahanlarına Respublika fənn olimpiadalarında informatika fənni üzrə qalib olan şagirdlər dəvət edilib.


5 il əvvəl