• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil işçiləri ilə görüş

Mayın 30-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə hesabatı dinlənilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, eləcə də təhsil müəssisələrinin direktorları və qabaqcıl təhsil işçiləri iştirak edib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. 

Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində görülən işlərdən, eləcə də prioritet fəaliyyət istiqamətlərindən söz açıb. Nazir müavini bildirib ki, təhsilin məzmununun yenilənməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də kadr hazırlığı və digər istiqamətlərdə aparılan islahatlar nəticəsində ölkəmizdə təhsilin keyfiyyəti xeyli yüksəlib, ali təhsilə əlçatanlığın təmin edilməsi istiqamətində geniş imkanlar yaradılıb. 

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. 

Daha sonra Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” üzrə görülən işlərə dair hesabatları dinlənilib. 

Hesabatlar dinlənildikdən sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.  


4 il əvvəl