• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cəlilabad, Masallı və Yardımlı təhsil işçiləri ilə görüş

Mayın 24-də Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair zona müşavirəsi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, adıçəkilən rayonların təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

Öncə iştirakçılar Masallı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət himninin təhsil işçiləri tərəfindən canlı ifası ilə başlayıb.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva himnimizin canlı ifasını yüksək qiymətləndirib. Nazir müavini bugünkü Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ideyaları ilə respublikamızın dinamik inkişaf yolunda olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində mühüm islahatların aparıldığı qeyd edib.

Respublikamızın inkişafına təkan verən əsas sahələrdən birinin təhsil olduğunu diqqətə çatdıran Məhəbbət Vəliyeva təhsil işçilərinin çətin, eyni zamanda məsuliyyətli və şərəfli iş yerinə yetirdiklərini bildirib. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da deyib.

Müşavirədə Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən, zəif qiymətləndirilən məktəblərin, eyni zamanda müəllimlərin fəaliyyətlərinin izlənilməsini, nəticələrin geniş şəkildə təhlil olunmasını tövsiyə edib.

Daha sonra Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

Sonra müzakirələr aparılıb, bir sıra təkliflər dinlənilib.


4 il əvvəl