• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lənkəran, Astara və Lerik bölgələrinin ümumi təhsil vəziyyəti

Təhsil televiziyasının “Təməl” verilişi bu dəfə Lənkəran şəhərindəki Gənclər Mərkəzindən canlı yayımlanır.

Verilişdə Lənkəran şəhər, Astara və Lerik rayonlarında ümumi təhsilin vəziyyəti, təhsil müəssisələrinin pedaqoji əməkdaşlığı, məktəblərdə psixoloji işin təşkili, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi və qarşıda duran hədəflərlə bağlı məsələlər müzakirə edilir.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Təhsil Şurasının sədri Hikmət Əlizadə, təhsil eksperti Etibar Əliyev, Lənkəran şəhər, Astara və Lerik rayonunun təhsil ictimaiyyətinin nümayəndələri, eyni zamanda Bakı şəhərindən bəzi məktəb direktorları da verilişdə iştirak edir.

 


4 il əvvəl