• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 16-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki, Qax və Zaqatala rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şəki, Qax və Zaqatala rayonlarının təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər.

Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər təhsil sahəsində aparılan islahatları və əldə edilən uğurları diqqətə çatdırıb. Qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb, həmçinin təhsil müəssisələrinin rəhbərlərinə bir sıra göstəriş və tövsiyələrini verib.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Daha sonra 2018-2019-cu tədris ili ərzində Şəki, Qax və Zaqatala rayonlarının təhsil uğurlarından və təhsil müəssisələrinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


4 il əvvəl