• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ağstafa və Şəmkirdə vətəndaşlar qəbul ediləcək

Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayon sakinlərinin nəzərinə!

 

Təhsil naziri Ceyhun Bayramov 24 may 2019-cu il tarixində saat 10:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağstafa və Qazax rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağstafa və Qazax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil nazirinin müavini Firudin Qurbanov 24 may 2019-cu il tarixində saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 14-20 may (saat 14:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


4 il əvvəl