• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnformatika fənni üzrə olimpiadanın final turu

Mayın 5-də ADA Universitetində informatika fənni üzrə olimpiadanın respublika mərhələsinin final turu keçirilib.

Yarımfinal turunda yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadaya cəlb ediliblər.  Belə ki, 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıblar.

Olimpiadada müvafiq yaş qruplarına uyğun olaraq aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə 31 nəfər şagird iştirak edib.

Müsabiqə və qiymətləndirmə Beynəlxalq İnformatika Olimpiadası (IOI) sisteminə uyğun həyata keçirilib.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


4 il əvvəl