• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Saatlıda məktəb açılışı

Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, əsaslı təmir olunan məktəb binasında şagirdlərə təhsil almaq üçün lazımi şəraitin yaradıldığını qeyd edib.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov çıxışında bildirib ki, son bir neçə il ərzində ölkəmizdə 4500-ə yaxın məktəbdən təxminən 3000-i əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Əhliyət Adıgözəlov təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin  yüksəldiyini vurğulayıb.

Qeyd olunub ki, 624 şagird yerlik 2 mərtəbəli məktəb binası 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi hazırlıq otağı, tibb məntəqəsinə malikdir.  Məktəbdə idman zalı, sanitar qovşaqlar və yeməkxana istifadəyə verilib.  

Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb, açıq idman meydançası tikilib. Məktəbin dam örtüyü dəyişdirilib, binada müasir istilik sistemi quraşdırılıb. Təhsil müəssisəsi lazımi avadanlıqlarla təchiz edilib.

Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.


4 il əvvəl