• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs qrupları Türkiyədə

Təhsil Nazirliyinin 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin bədii özfəaliyyət kollektivləri Türkiyənin Samsun, Ankara, İzmit və İstanbul şəhərlərində keçirilən 23 aprel- Beynəlxalq Uşaq Şənliklərində ölkəmizi layiqincə təmsil ediblər.

Proqram çərçivəsində Prezident iqamətgahında təşkil olunan 41-ci TRT Beynəlxalq Uşaq Festivalına qatılan 40 ölkənin rəqs qrupları milli rəqslərini nümayiş etdiriblər. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  qrup üzvlərinin rəqsləri tamaşaçılar tərəfindən alqışlanıb.

Sonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  dərnək üzvlərini təbrik edib,  onlarla xatirə şəkli çəkdirib.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs qrupu 20 ölkə təmsilçilərinin iştirak etdiyi Beynəlxalq İstanbul - Ataşəhər Uşaq Festivalında uğurla çıxış edib. Rəngarəng çıxışlarına görə dərnək üzvlərinə diplom və hədiyyələr təqdim olunub. 


4 il əvvəl