• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gənc ekoloji liderlərin IV Ekoloji Forumu keçirilib

Aprelin 30-da ADA Universitetində “Yaşıl şəbəkə” illik ekoloji maarifləndirmə proqramı çərçivəsində gənc ekoloji liderlərin IV Ekoloji Forumu keçirilib.

Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilən forumda Bakıda və 27 müxtəlif rayon UGİM-lərində fəaliyyət göstərən 2600 “Ekoklub” üzvü arasından seçilmiş 120 məktəbli lider iştirak edir.

Forumun açılışında çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə mövzunun aktuallığını vurğulayıb. Prorektor bildirib ki, toplantıda məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, “Yaşıl şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların aşılanması və “Ekoklub” liderlərinin builki fəaliyyətinə dair təcrübə mübadiləsinin təmin edilməsidir.

Təhsil nazirinin müavini Firudin Qurbanov ekoloji problemin dünyada ən böyük problemlərdən biri olduğunu deyib. Nazir müavini qeyd edib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir. “Elmi tədqiqatlar göstərir ki, insanın sağlamlığının 20 faizi ekologiyadan asılıdır. Ölkədə sənayenin inkişafı təbiətə mənfi təsir göstərir. Hər bir insan təbiətdə olan tarazlığı gözləməlidir”, – deyən nazir müavini “Ekoklub”ların yaradılmasını yüksək qiymətləndirib. Bundan əvvəlki ekoloji forumlarda təxminən 400 şagirdin iştirak etdiyini bildirən F.Qurbanov artıq bu il “Ekoklub”larda 2600 şagirdin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev ətraf mühitin qorunmasının vacibliyini bildirib. Ekoloji biliklərin artırılmasını, məktəblilərin bu hərəkata qosulmasını, “Ekoklub”ların yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirən N.Quliyev bu klubları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlığa dəvət edib.

“Ekoklub”ların fəaliyyəti barədə məlumat verən RUGİM-in direktoru Firuzə Sultan-zadə bildirib ki, əsas vəzifələr məktəblərdə ətraf mühit biliklərinin artırılması, məktəblilərin ekoloji tədqiqatçılıq fəaliyyətinə cəlb edilməsi, gənclərin ekoloji hərəkatlarının genişləndirilməsidir. Ekoloji təhsilin səmərəliliyinin artırılmasının vacibliyini qeyd edən F.Sultan-zadə gənc ekoloqlara bu işdə uğurlar arzulayıb.

Toplantı “Ekoklub” liderlərinin birillik fəaliyyət hesabatı və onların BMT tərəfindən müəyyən edilən 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində 17 Dayanıqlı İnkişaf Məqsədi ilə bağlı təkliflər paketinin təqdimatına dair sessiya ilə davam edib.

Forumda məktəblilər, həmçinin ADA Universitetinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzEkol” şirkəti tərəfindən birgə həyata keçirilən “Təmiz ölkəm” layihəsi ilə tanış olublar. Layihə plastik kütlənin zərəri barədə ictimaiyyət arasında maarifləndirmə tədbirlərinin aparılması, plastik şüşələrin toplanaraq təkrar emala göndərilməsi və beləliklə, onların yaratdığı tullantı həcminin azaldılmasına xidmət edir.

Forum çərçivəsində gənc ekoloqlar üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə, SOCAR Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyasına və “AzEkol” şirkətinə ekskursiyalar təşkil olunub.

Sonda forum iştirakçıları diplomlarla təltif ediliblər.

 

AZƏRTAC


4 il əvvəl