• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

Layihənin “Seçilmiş Milli Təhsil Proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədilə yenidən hazırlanması” adlı birinci komponenti  çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili şöbəsinin müdiri Gintautas Yakstas daxildir.

Missiyanın məqsədi magistratura səviyyəsində ixtisaslar üzrə təsnifatın işlənib  hazırlanması sahəsində Avropa təcrübəsinə əsaslanan metodologiyanın təklif edilməsidir.  

Missiya çərçivəsində seminarlar təşkil olunub. Seminarlar zamanı ali təhsilin bakalavriat və magistratura səviyyələrinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması sahəsində Litva və Avropa təcrübəsi Təhsil Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırılıb.

Eyni zamanda magistratura səviyyəsinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması ilə bağlı təlimatların yaradılması üzərində iş aparılıb.


4 il əvvəl