Heydər Əliyev Mərkəzində “Oxu Günü” keçirilib
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət Nazirliyinin, AMEA-nın, nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.
Tədbirdə paytaxtın müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Həmçinin 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.
Təhsili naziri məktəblilərin təqdimatlarını maraqla izləyib.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42