• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Aprelin 6-da ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.1998-ci ildən etibarən Danimarkanın “Lego Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir.

2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır.

Keçirilmiş yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olub.

Mükafatlandırma mərasimində çıxış edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bildirib ki, son illər “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlərimiz bu cür beynəlxalq robot texnologiyaları yarışlarına cəlb olunublar.

Tədbirdə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1998-ci ildən etibarən Danimarkanin “Lego Education” və ABŞ-ın “First” şirkətlərinin birgə layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir.

“Mars Asademy”nin rəhbəri Elnarə Nəbiyeva rəhbərlik etdiyi şirkətin uşaqlar üçün robot texnologiyaları üzrə kurslar təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.

Tədbirdə qeyd edilib ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.

Tədbirin sonunda turnir iştirakçıları medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar. Çempion olan iki komanda 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq Türkiyə Beynəlxalq Açıq Çempionatında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, Azərbaycan hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə ilk dəfə 2017-2018-ci il mövsümündə qoşulub. Nəticədə yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən Beynəlxalq Açıq Çempionatda təmsil edib. Turnir hər il müxtəlif qlobal elmi və texnoloji problemlərə həsr olunur. Bura “Hidrodinamika – suyun səyahəti”, “Heyvanların qorunması”, “Okeanların qorunması”, “Yaşlılara yardım”, “Qlobal iqlim”, “Dünya təhsili” və digər mövzular daxildir.


5 il əvvəl