SABAH bilik yarışmasının birinci turu başa çatıb
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışmasının birinci mərhələsi başa çatıb. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.
Bilik yarışmasının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkara çıxarılması, stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayiş etdirməsi, müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə SABAH qruplarında təhsil alan tələbələrin qarşılıqlı inteqrasiyasıdır.
Bilik yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Uiversiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) 800-dək SABAH qrupları tələbəsi iştirak edib. Ötən il ilə müqayisədə bu il iştirakçıların sayı xeyli artıb.
Bilik yarışması Təhsil Nazirliyi, SABAH qrupları layihəsinin əməkdaşları, müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi, uyğun ixtisaslar üzrə mütəxəssislər (akademik heyət), həmçinin SABAH könüllülərinin dəstəyi ilə təşkil olunub.
Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, riyaziyyat üzrə 45, müəllimlik üzrə 97, informasiya texnologiyaları üzrə 25 yarış iştirakçısı ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
Bilik yarışmasının növbəti və final mərhələlərinin cari ilin 11 - 15 mart tarixlərində keçirilməsi nəzərdə tutulur.
7 il əvvəl
Digər xəbərlər
-
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11 -
Azərbaycan “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında “Medal of Excellence” qazanıb
28.09.2026 - 11:46 -
Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin 10-cu plenar iclasında təmsil olunub
28.09.2026 - 10:25 -
Zəfər parkı ziyarət edilib
27.09.2026 - 15:00
