• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Martın 2-də Bakı şəhəri 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası Fibonacci  intellektual yarışının yarımfinal mərhələsi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iştirak edib.

Nazir müavini son illər təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində tədrisin keyfiyyətinin yüksəldiyini, istedadlı uşaqlarla işin təşkilinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin potensialının aşkara çıxarılmasında, komanda işinin və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb və yarışda iştirak edən şagirdlərə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində keçirilən yarışın yarımfinal mərhələsində 15 məktəbin komandası iştirak edib. Bunlardan 10 ən yüksək nəticə göstərən komanda final mərhələsinə keçmək hüququ qazanıb. Yarımfinal mərhələsində finala keçmək hüququ qazana bilməyən komandalara tədbirin fəxri qonaqları tərəfindən layihədə iştiraka dair xüsusi sertifikat və hədiyyələr təqdim olunub.

Ümumilikdə layihə üzrə bir promo oyun, 8 oyun, bir yarımfinal və bir final mərhələsinin keçirilməsi nəzərdə tutulub.  Layihə çərçivəsində keçirilən oyunlarda məktəblilərin istirahəti və qidanlanması üçün lazımi şərait də yaradılıb. Onların motivasiyasını təmin etmək məqsədilə hər oyunda ilk 3 yeri tutan komanda müxtəlif hədiyyələr ilə mükafatlandırılıb.

Martın 16-da layihənin final mərhələsi baş tutacaq. Yarışın qalibləri xüsusi hədiyyə və sertifikatlarla təltif olunacaqlar.


5 il əvvəl