Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.
Müəllimlər Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər. Bunun üçün “Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və “hesabla” düyməsi seçilməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.
5 il əvvəl
Digər xəbərlər
-
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02