• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələrinin konserti

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) SABAH tələbələrinin ifasında konsert proqramı keçirilib. Konsertdə beynəlxalq müsabiqələr laureatları olan SABAH qruplarının tələbələri - Qəmər Kərimli, Orxan Hüseynov,  Bahadur Rzayev, Əli Əmişov, Günel Hacıyeva, Xədicə Mirqulamlı, Aysel Abdullayeva, Aygül Rzazadə, Nəriman Əmiraslanov, Mədinə Ağayeva, Nəzrin Nəzirli,  Fidan Mirheydərzadə, Günel İmanova, Günel Rizvanova, Atabala Manafzadə, Suada Hacızadə, Gülnaz Eldarlı, İsa Məmmədzadə Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərlərini ifa ediblər.

Konsertdə Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin əməkdaşları, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, fakültə dekanları, professor-müəllim heyəti və SABAH qruplarının tələbələri iştirak ediblər.


5 il əvvəl