• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri qalib olub

Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisası üzrə IV kurs SABAH  tələbələri Aytac Mirzəliyeva, Məmmədəli Şahbazov, Cavid Qasımov, Ramazan Süleymanlı “First Step” komandası adı altında “Hult Prize BSU”-nun qalibi olublar.

Bakı Dövlət Universitetində 17 komanda arasında baş tutmuş mübarizənin qalibləri regional finalda birbaşa iştirakla yanaşı, 2019-cu ilin sentyabr ayında ABŞ-ın Nyu-York şəhərinin ev sahibliyi edəcəyi “Global Hult Prize” müsabiqəsinin finalına qatılmaq hüququ qazanıblar. Qalib komanda üçün 1 milyon ABŞ dolları dəyərində mükafat təyin olunub.

“Hult Prize” müsabiqəsi sabiq ABŞ prezidenti Bill Klinton və "Times” jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınır. “Hult Prize 2019” müsabiqəsinin əsas hədəfi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq gənclərin işsizlik probleminin həll olunmasına yardım etməkdir.   


5 il əvvəl