• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qəbələdə özəl sektorla əməkdaşlığa dair “dəyirmi masa”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələri arasında dual sistemə bənzər peşə təhsili sahəsində əməkdaşlığa dair “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da peşə təhsili və təlimi sahəsində həyata keçirilən islahatlar, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dövlət-özəl əməkdaşlığının istiqamətləri, dual sistemə bənzər peşə təhsili üzrə beynəlxalq təcrübə, peşə təhsili müəssisələri ilə özəl sektor arasında müxtəlif əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunub, işəgötürənlərin peşə təhsili sistemində yaxından iştirakının vacibliyi qeyd edilib.

Tədbirin sonunda spesifik sektorun ehtiyacına hədəflənmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə edilib.

“Dəyirmi masa”da Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən və peşə təhsili müəssisələri ilə kənd təsərrüfatı, eləcə də turizm sahəsində əməkdaşlıq edən 20-ə yaxın müəssisənin nümayəndələri iştirak edib.

Qeyd edək ki, “dəyirmi masa” “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dual sistemə bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET)” layihəsi çərçivəsində təşkil olunub.


5 il əvvəl