• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH Mərkəzinin İKT üzrə təlimləri

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Mərkəzinin təşəbbüsü ilə informasiya texnologiyaları (İT) üzrə təlimlərə start verilib. Təlimlərə müxtəlif ali təhsil müəssisələrinin tələbələri cəlb olunub. Təlimlər AzTU-nun SABAH Mərkəzinin müəllim və tələbələri tərəfindən keçirilir, tələbələrə İKT-nin incəlikləri, o cümlədən tədris prosesində informasiya texnologiyalarından istifadə qaydaları haqqında məlumat verilir.

Təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq. Təlimlərin cari dərs ilinin sonunadək mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.


5 il əvvəl