• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili üzrə koreyalı mütəxəssislərin təlimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün təlimlərə başlanılıb.

Koreyalı və yerli mütəxəssislər, eləcə də işəgötürənlərin nümayəndələri tərəfindən keçirilən təlimlərdə ümumilikdə 24 mütəxəssis iştirak edir.

Təlimlərdə kurikulumlar, modul yanaşma, peşə standartlarının rolu, əsas səriştələr, əsas pedaqoji anlayışlar, peşə təhsilində istehsalat təlimi və təcrübəsi barədə məlumat verilir, iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Təlimlərin noyabrın 16-dək keçirilməsi nəzərdə tutulur. Mütəxəssislər növbəti 3 ay ərzində Koreyada təlim keçəcək və mərkəzdə tətbiq olunacaq beynəlxalq standartlara uyğun yeni təhsil proqramını öyrənəcəklər.

Qeyd edək ki, təlimlər “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində peşə təhsili sisteminə ixtisaslı yeni  mütəxəssislərin cəlb edilməsi istiqamətinə uyğun təşkil olunur.


5 il əvvəl