• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq Elm Olimpiadasına şagird seçiminin nəticələri məlum olub

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO-2018) şagird seçiminin ilkin mərhələsinin nəticələri məlum olub. Belə ki, sentyabrın 30-da keçirilən I seçmə imtahanının nəticələrə əsasən 35 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Növbəti mərhələdə Bakı və Sumqayıt məktəbliləri ilə yanaşı, Bərdə, Lənkəran və Astara rayonlarından olan şagirdlər də iştirak etmək hüququ qazanıb.

Oktyabrın 6-dan etibarən növbəti mərhələdə iştirak edəcək şagirdlərlə  müntəzəm olaraq nəzəri dərslər, praktiki hazırlıqlar və xüsusi məşğələlər təşkil ediləcək. 28 oktyabr 2018-ci il tarixində keçiriləcək II seçmə imtahanın nəticələrinə əsasən ölkəni təmsil edəcək ən yaxşı 6 şagird müəyyən olunacaq.

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (İJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dək olan şagirdlər arasında həm fərdi, həm də komanda formatında keçirilən elm yarışıdır. Hər il 50-dən çox ölkənin şagirdlərinin iştirak etdiyi bu olimpiadada  Azərbaycan məktəbliləri də iştirak edirlər.  Bu günədək məktəblilərimiz elm olimpiadasında 37 medal qazanıb.  

 

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO2018) hazırlıq dərslərində iştirak edəcək şagirdlərin adlı siyahısı

 


5 il əvvəl