• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üzrə maneələrin müəyyən olunması istiqamətində həyata keçirilən ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələri barədə müzakirələrin aparılması olub.

Görüşdə Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkədə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verib, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Görüş zamanı AİB-in ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası Azərbaycanda apardıqları ölkə iqtisadiyyatının diaqnostik tədqiqat layihəsi, ilkin nəticələri, eləcə də hərtərəfli tədqiqat üçün müəyyən edilən əsas sektor və mövzular barədə ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, ölkə üzrə diaqnostik tədqiqat AİB-in 2019-2023-cü illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması üçün mühüm məlumatları əks etdirəcək.

Daha sonra ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələrinə dair fikir mübadiləsi aparılıb.


6 il əvvəl