“Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda konfrans
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri üçün “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda respublika konfransı keçirilib.
Konfrans uşaq-gənclər inkişaf mərkəzləri ilə işgüzar münasibətlərin qurulması, əlaqələrin möhkəmləndirilməsi və iş fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə keçirilib.
Üç gün davam edən konfransda Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Təhsil İnstitutunun şöbə müdiri Piralı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı Laçın Həsənova, uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri və nümayəndələri təqdimatla çıxış ediblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri tərəfindən “açıq dərs”lər və “ustad dərsləri” təqdim olunub. Bölmə iclasları keçirilib, təkliflər səsləndirilib, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.
Konfrans Azərbaycan Dövlət Rus Dram Teatrında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin tədbir iştirakçıları üçün hazırladığı “Dostluq nağılı” adlı teatrlaşdırılmış konsert proqramı ilə başa çatıb.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42