Beynəlxalq müsabiqədə qalib gələn gənclər mükafatlandırılıb
Yanvarın 29-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi filialında Yaponiya və Hindistanda keçirilən rəsm müsabiqələrində qalib gəlmiş uşaqların mükafatlandırılma mərasimi olub.
Mərasimdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana və Yaponiyanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və ictimai əlaqələr üzrə rəhbəri Saki Uçidate iştirak ediblər.
Yaponiyada keçirilmiş “Planetimizi qoruyaq” adlı 18-ci Beynəlxalq Rəsm Müsabiqəsinə mərkəzin “Rəsm” studiyasının üzvləri 12 işlə qatılıb, iki gənc rəssam I yerə layiq görülüb.
Hindistanda keçirilmiş Beynəlxalq Gənclər və Uşaqların Rəsm sərgisində də 13 gənc rəssam qalibiyyət əldə edib. Belə ki, müsabiqədə iki nəfər I yerə və qızıl medala, dörd nəfər münsiflər heyətinin xüsusi diplomuna, yeddi nəfər isə diplomlara layiq görülüb. Mərkəzin “Rəsm” studiyasının rəhbəri Nərmin Abdullayeva da diplomla təltif olunub.
Qaliblərə diplom və medallar təqdim edildikdən sonra tədbir “Azəri inciləri” rəqs kollektivinin ifasında hind, yapon və Azərbaycan rəqsləri ilə davam etdirilib.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42