Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu Qran-pri mükafatına layiq görülüb
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi İtaliya Respublikasında keçirilən “Sərhədsiz Yaradıcılıq-2017” adlı beynəlxalq uşaq müsabiqə festivalında iştirak edib. Festivalda mərkəzin uşaqları üç nominasiya – xoreoqrafiya, vokal və rəsm nominasiyaları üzrə iştirak edərək böyük uğur qazanıblar.
“Rəqs” nominasiyası üzrə rəqs qrupu “Odlar yurdu – Azərbaycan” kompozisiyası ilə çıxış edib. Kompozisiya muğam, folklor, “Sarı gəlin” və digər milli rəqsləri öz tərkibində birləşdirib. Rəqs qrupu 15 ölkənin içərisində qalib olaraq I yerə layiq görülüb və Qran-pri mükafatını əldə edib.
Mərkəzin 10 yaşlı istedadlı vokalçısı Rahim Qədimzadə ölməz sənətkarımız Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifasına görə müsabiqənin “Vokal” nominasiyası üzrə II yerə, II dərəcəli diploma və kuboka, iki gənc rəssam – Mədinə Hüseynzadə və Məryam Axundova isə “Rəsm” nominasiyası üzrə II yerə, diplom və kuboka layiq görülüblər.
9 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərimiz beynəlxalq kimya və biologiya olimpiadalarında uğur qazanıblar
20.07.2026 - 18:00 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli tətbiq olunacaq
20.07.2026 - 17:01 -
Nazir müavini Həsən Həsənli “IT SkillSprint” proqramının bağlanış mərasimində iştirak edib
19.07.2026 - 13:00 -
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir
18.07.2026 - 19:36 -
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib
18.07.2026 - 10:44
