• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

VI-VII sinif şagirdləri arasında fizika, kimya, riyaziyyat, informatika və biologiya fənləri üzrə III Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsinin məqsədi istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdləri arasında fənlərə olan marağın artırılması, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin cəlb edilməsidir.

Ölkənin bütün bölgələrindən 5 fənn üzrə 1400 nəfərə yaxın şagirdin öz bilik və bacarıqlarını nümayiş etdirdiyi müsabiqədə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib. Qeyd edək ki, suallar müvafiq olaraq şagirdlərin biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə hazırlanıb.

Şagirdlər arasında fərdi nəticələrə görə qaliblərin müəyyən edilməsi ilə yanaşı, hər bir rayon (şəhər) məktəblilərinin nəticələri komanda hesabında ümumiləşdirilərək rayon və şəhərlərin reytinq cədvəli də müəyyən ediləcək.

Xatırladaq ki, fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi cari ilin martında 14 000 şagirdin iştirakı ilə bölgələrdə keçirilib.

Respublika fənn müsabiqələrinin nəticələri yaxın günlərdə  www.olimp.istedad.edu.az saytında elan olunacaq. 

2015-ci il ildə keçirilən I fənn müsabiqələrinin nəticələrinə əsasən aşkar edilən istedadlı şagirdlər artıq ölkəmizi müxtəlif beynəlxalq fənn olimpiadalarında təmsil edərək nailiyyətlər qazanıblar.


6 il əvvəl