12.06.2017 13:00

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.  

Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində  (http://edu.gov.az/upload/file/mektebeqeder/mektebeqder-tehsilin-kurikulumu-layihe.pdf) həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.