• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb

Mayın 24-də “ADA” Universitetində Azərbaycan-Rumıniya Universitetlərarası Forumu işə başlayıb.

Forumda iştirak etmək üçün Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskivin rəhbərliyi ilə Rumıniya Təhsil Nazirliyinin rəsmiləri, 10 ali təhsil müəssisəsinin rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri ölkəmizə səfər edib.

Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən foruma Azərbaycanın 16 ali təhsil müəssisəsinin rəhbərləri və nümayəndələri qatılıb.

Azərbaycan ilə Rumıniyanın ali təhsil müəssisələrini bu miqyasda ilk dəfə bir araya gətirən forumda Rumıniya ali təhsil müəssisələrinin məzunları olan azərbaycanlı gənclər də iştirak edib. 

Açılış mərasimindən sonra forum panel müzakirələr ilə öz işini davam etdirib. Forum çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb.

Forumun növbəti günü ixtisaslaşmaya uyğun olaraq Rumıniya ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət edəcək və həmin təhsil müəssisələrinin mövcud resursları ilə tanış olacaqlar. 

Forum çərçivəsində Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Rumıniya milli təhsil nazirinin müavini Gigel Paraskiv arasında görüş keçirilib. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili proqramlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri müzakirə edilib.

 


6 il əvvəl