Respublika şahmat festivalının final yarışlarına start verilib
“Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının II mərhələsinə start verilib.
Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək gənc şahmatçılara uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, şahmatın uşaqlar üçün əhəmiyyətindən danışıb.
Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.
Festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan 500 yüzə yaxın pilot məktəbdən 3000 nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.
400-ə yaxın şagirdin qatıldığı final yarışlarına mayın 1-də yekun vurulacaq.
Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
6 il əvvəl
Digər xəbərlər
-
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02