İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub
Təhsil İnstitutu fənn olimpiadaları və müxtəlif fənn müsabiqələrinə hazırlaşan istedadlı şagirdlər üçün xüsusi vəsaitlərin buraxılışına başlayıb.
İlk belə vəsait riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarına, beynəlxalq olimpiadalara və müxtəlif müsabiqələrə hazırlaşmaq istəyən VII-XI sinif şagirdləri üçün nəzərdə tutulub.
“Riyaziyyat” olimpiada vəsaiti ümumi təhsil müəssisələrində çalışan, riyaziyyatdan fakültativ məşğələlər aparan müəllimlər, istedadlı uşaqlarla işləyən pedaqoqlar, tələbələr, eləcə də riyaziyyat sahəsinə marağı olanlar üçün faydalıdır. Buraxılışlar əsasında çap edilməsi nəzərdə tutulan bu vəsaitdə mövzuların nəzəriyyə hissələri verilib, mürəkkəb olmayan misal və məsələlər seçilərək test formatında təqdim edilib. Bununla yanaşı hər mövzunun sonunda açıq tipli olimpiada sualları da yer alıb.
Vəsaiti telefon vasitəsilə (+994124309081 - daxili 134) əlaqə saxlamaqla və ya elektron sifariş blankını doldurmaqla sifariş edə bilərsiz. Çatdırılma pulsuzdur.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42