“Yollarda ölümsüz bir gün!” mövzusunda maarifləndirici aksiya keçirilib
46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə “Yollarda ölümsüz bir gün!” devizi altında maarifləndirici seminar keçirilib.
Seminarda ilkin mərhələ üçün seçilən Bakı şəhərinin 5 pilot məktəbinin müəllimləri, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və AMAK-ın nümayəndələri iştirak edib.
Həmin seminarların davamı olaraq maarifləndirici aksiyalar təşkil edilib.
Aksiyada DİN Baş DYP İdarəsinin, AMAK-ın əməkdaşları, KİV nümayəndələri, 500-ə yaxın məktəbli iştirak edib.
Aksiyanın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.
Aksiyada polis forması geyinən uşaqlar "Təhlükəsizilik kəmərindən istifadə et!", "Dayanma-durma qaydalarına əməl et!", "Piyada, keçiddən istifadə et!" çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşları ilə birgə tövsiyələr veriblər.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42