• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mikayıl Cabbarov “Rio-2016”da uğur qazanmış idmançılarla görüşüb

Sentyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Görüş iştirakçılarını təbrik edən Mikayıl Cabbarov bildirib ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. “Rio-2016”da Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıb. Həmçinin, XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb.

Nazir qeyd edib ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançıların 3 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir. Mikayıl Cabbarov son 13 il ərzində ölkəmizdə 3 mindən artıq məktəb tikildiyini və bu məktəblərdə yaradılan  idman infrastrukturundan  səmərəli istifadənin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Görüşdə iştirak edən “Rio-2016 “Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əsgərov, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev, “Rio-2016” Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov dəvət üçün təşəkkür ediblər və gələcək idman uğurlarına imza atmaq üçün bundan sonra  var qüvvə ilə çalışacaqlarını bildiriblər.

Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.


7 il əvvəl