Təhsil Nazirliyində kollegiya iclası
Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Kollegiya iclasında nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinin 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin təhlili, təhsil müəssisələrində təhsil haqqının ödənilməsi, tələbə köçürülmələri, ali təhsil müəssisələri ictimaiyyətlə əlaqələr müstəvisində mövzuları üzrə məruzələri dinlənilib.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin 2015-2016-cı tədris ilindəki fəaliyyətinə və Azərbaycan-Fransız Universiteti layihəsi üzrə görülən işlərin cari vəziyyətinə dair hesabatlar dinlənilib.
Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Nazir son üç ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərindən söz açıb, habelə təhsilalanların ölkədaxilində və xaricdə yerləşən bir ali təhsil müəssisəsindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi məqsədilə istifadəyə verilən elektron portalın (https://transfer.edu.az) əhəmiyyətini vurğulayıb.
İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunmuş, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru N.Əliyevaya ciddi xəbərdarlıq elan edilmişdir.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42