• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu günlərdə Latviya Respublikasının paytaxtı Riqa şəhərində “İnkluziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov da iştirak edib.
Latviya Respublikasının birinci xanımı Lilita Zatlerenin iştirak etdiyi konfransda müvafiq ölkənin təhsil və elm naziri xanım Tatyana Koke, UNESCO-nun maarif üzrə direktoru xanım Asedo Klementina, qeyd olunan təşkilatın Avropa regional təhsili üzrə məsləhətçisi cənab Aleksandr Sannikov, Avropa Komissiyasının Latviya nümayəndəliyinin başçısı xanım İveta Şults və digər şəxslərin məruzələri dinlənilib.       
Sonra məruzələr ətrafında çıxışlar olub, Ə.Adıgözəlov Azərbaycanda inkluziv təhsil sahəsində həyata keçirilən pilot layihələr barəsində məlumat verib, bu sahədə müəllim hazırlığı, valideynlərlə iş, proqram materiallarının təkmilləşdirilməsi haqqında təkliflərini konfrans iştirakçılarına çatdırıb.
Üç gün davam edən tədbirdə cari ilin noyabrında Cenevrədə keçiriləcək 48-ci Beynəlxalq Konfransda inkluziv təhsilin qorunub saxlanması, inkişafı, siyasi və praktiki tədqiqatların davam etdirilməsi, yerli şərait nəzərə alınmaqla müvafiq təhsilin həyata keçirilməsi yolları, prioritetlərin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi vacib hesab edilib. Konfransda 35 ölkədən 185 nəfər iştirak edib.


8 il əvvəl