Futzal üzrə Respublika birinciliyi başa çatdı
İyunun 6-da Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin final mərhələsi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Futzal Futbol Federasiyasının nümayəndələri və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Yarışın final oyunu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda ADBTİA 9:2 hesabı ilə yarışın qalibi olub. İkinci yeri Bakı Dövlət Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutub.
Komandaların mükafatlandırılma mərasimdə çıxış edən təhsil nazirinin müavini F.Qurbanov bildirib ki, ilk dəfə təşkil edilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatların təşkil olunduğunu söyləyib. Birinci Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycanda idman sahəsində böyük uğurlar qazanıldığını deyən nazir müavini bir neçə gündən sonra "Formula-1” Avropa Qran-Prisi ilə yenidən dünyanın diqqətinin ölkəmizə yönələcəyini bildirib.
Daha sonra komandalar mükafatlandırılıb. Birinici yerin sahibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin sahibi isə 1500 manat dəyərində pul mükafatı, kubok və medallarla təltif olunublar. Həmçinin, əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 7 nominasiya üzrə qiymətləndirilib.
Respublika birinciliyində 40-a yaxın komanda 800 tələbə iştirak edib.
Yarışlar AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilib.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42