• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsi artıq başa çatıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsi artıq başa çatıb.
“İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət etmiş, 31-i müəyyən edilmiş şərtlərə uyğun gəlmədiyindən (pedaqoji iş stajı az olanlar, Prezident təqaüdçüsü, məktəb direktoru, direktor müavini, psixoloq olanlar, əsas iş yeri məktəb olmayanlar) siyahıdan çıxarılmışdır.
Təhsil Nazirliyində aidiyyəti şəxslərin iştirakı ilə keçirilən müzakirə zamanı növbəti mərhələyə keçid balı minimum 16 müəyyən edilib. Müvafiq bal toplayanların sayı 208 nəfərdir. Onlardan 31-i ingilis dili, 29-u ibtidai sinif, 29-u riyaziyyat, 24-ü Azərbaycan dili və ədəbiyyat, 16-sı fizika, 11-i biologiya, 11-i informatika, 9-u kimya, 9-u coğrafiya, 5 nəfəri rus dili müəllimidir. Qalan 10 nəfəri isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, alman dili, fransız dili, əmək hazırlığı, iqtisadiyyatın əsasları, ərəb dili müəllimləri təşkil edir.
Təşkilat Komitəsinin qərarı ilə 208 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılmışdır. “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsində iştirakçı müəllimlərin dərsi dinləniləcəkdir.
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində isə iştirak üçün müraciət etmiş 126 məktəbdən 102-nin ikinci mərhələyə buraxılması məqsədəuyğun hesab edilib. Hər iki müsabiqənin iyunun 25-dək yekunlaşdırılması nəzərdə tutulur. II mərhələnin nəticəsindən asılı olmayaraq, hər iki müsabiqənin iştirakçıları III tura buraxılacaqlar. Qaliblər üç mərhələ üzrə toplanan ballara görə müəyyən ediləcəkdir.


8 il əvvəl