• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub.

Aprelin 21-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin II mərhələsinə buraxılan 208 müəllimlə görüş olub.
Təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin I mərhələsinin artıq başa çatdığını qeyd edib. Nazir bildirib ki, “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün 393 müəllim müraciət edib, onlardan 208 nəfəri müvafiq bal toplayaraq müsabiqənin II mərhələsinə buraxılıb. Həmin müəllimlərdən 123-nün Bakı şəhərinin məktəblərindən, 28-nin nazirliyin tabeliyindəki lisey və gimnaziyalardan olduğunu açıqlayan Misir Mərdanov onu da əlavə edib ki, bu müsabiqədə 21 nəfər Sumqayıtı, 221 müəllim isə ölkəmizin digər rayon və şəhərlərini təmsil edib.
Görüşdə nazir II mərhələyə buraxılan müəllimləri bu münasibətlə təbrik edib, onlara nəzərdə tutulan işlər və yeni mərhələ haqqında məlumat verib. Nazir həmin müəllimlərin sınaq dərsləri keçmək üçün Bakı şəhərində artıq 28 məktəbin müəyyən olunduğunu qeyd edib. Eyni zamanda aprelin 23-dən 26-dək keçiriləcək sınaq dərslərinin müəyyənləşdirilmiş 12 meyar üzrə qiymətləndiriləcəyini bildirib.
Misir Mərdanov əlavə edib ki, hər fənn müəllimi sınaq dərsini öz ixtisasına uyğun keçəcək, dərslərdə isə rəsmi təsdiqlənmiş komissiya üzvləri iştirak edəcək. Nazir, həmçinin müasir müəllimi şərtləndirən əsas keyfiyyətlərdən danışaraq bildirib ki, bugünün müəllimi daha çox təşkilatçılığı və istiqamətvericiliyi ilə fərqlənməli, şagirdlərə dövrün tələblərinə uyğun həyati bacarıqlar aşılamalıdır.
Sonda müsabiqənin II və III mərhələsi ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.


8 il əvvəl