• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avropa Şurası ölkələri təhsil nazirlərinin 25-ci konfransı

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası təhsil nazirlərinin 25-ci konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir.

11-12 aprel tarixlərində keçirilən konfransın gündəliyində duran əsas məsələ terror və ekstremizmin qarşısını almaq və onlarla mübarizə aparmaqda təhsilin artan roludur. Konfransın işində Avropa Şurasına üzv və tərəfdaş ölkələrin təhsil nazirləri və nazir müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edir.

Tədbirin açılış mərasimində Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Avropa İttifaqının təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı Tibor Navraksiks və Belçikanın Flandriya əyalətinin təhsil naziri Hilde Krevits çıxış ediblər.

Konfransın “Vətəndaşlıq təhsili – Avropa və qlobal səviyyədə əsas çağırışlar” adlanan ikinci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir müavini Ceyhun Bayramov çıxış edib. C.Bayramov çıxışında Azərbaycanın məruz qaldığı terror və etnik təmizləmələrə baxmayaraq, əsrlərdir formalaşmış sülh və tolerantlıq, digər dinlərə, millətlərə və mədəniyyətlərə hörmətlə yanaşma ənənəsi haqqında danışıb. Nazir müavini bütün bunların Azərbaycanın zəngin irsinin ayrılmaz parçası olduğunu və Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olan multikulturalizm siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O, məhz bu siyasət nəticəsində hökumətin təhsilə ayırdığı diqqətin artdığını qeyd edərək, multikulturalizm istiqaməti üzrə Azərbaycanda keçirilmiş bir sıra beynəlxalq tədbirlər, həmçinin cari ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə konfrans iştirakçılarına məlumat verib.

C.Bayramov Ermənistan nümayəndəsinin öz çıxışında qeyd etdiyi əsassız məqamlara diqqət çəkərək, Azərbaycan torpaqlarının hələ də Ermənistan tərəfindən işğal altında olması və həmin ərazilərdə yaşayan Azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qalması barədə həqiqətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində 2-5 aprel tarixlərində bu ölkə tərəfindən atəşkəsin kobud şəkildə pozulması zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən məktəblərin və məktəblilərin məqsədyönlü artilleriya və snayper atəşlərinə məruz qalması barədə də məlumat verib.

Konfrans bu gün öz işini yekunlaşdıracaq.

Səfər çərçivəsində aprelin 11-də Azərbaycan nümayəndə heyəti mövcud əlaqələrin inkişaf etdirilməsi və təhsil sahəsində həyata keçirilən proqramları müzakirə etmək məqsədilə Avropa Komissiyasında işçi görüş keçirib.


8 il əvvəl