• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi

Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin  Rəsm dərnəyinin 11 yaşlı üzvü Mədinə Hüseynzadənin  “Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi keçirilib.

“Abşeron” Rəsm Qalereyasında keçirilən sərgidə Təhsil Nazirliyinin əməkdaşları, mərkəzin rəhbərliyi və dərnək üzvləri iştirak ediblər.

Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir  üslubda işlənmiş əsərlər, dekorativ kompozisiyalardan ibarət 50 rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.     

Tədbirdə çıxış edən qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, dərnək üzvlərinin əsərlərinin nümayiş olunması üçün açılan sərgilər azyaşlıların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır.

Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib.

Tədbirin bədii hissəsində mərkəzin dərnək üzvləri çıxış ediblər.

2010-cu ildən rəsm dərnəyinin üzvü olan Mədinə Hüseynzadə bir neçə yerli və beynəlxalq rəsm müsabiqəsində iştirak edib, nailiyyətlər qazanıb. 2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalı günlərində Mədinə Hüseynzadənin fərdi sərgisində 40-a yaxın rəsm əsərləri nümayiş olunub. 11 yaşlı məktəbli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyində də məşğul olub.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeçiliyində olan  Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəz məktəbdənkənar tərbiyə müəssisəsi kimi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün şərait yaradır.

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 28 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1800 uşaq, yeniyetmə və gənc məşğul olur.


8 il əvvəl