Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramının “Peşə təhsilinin və məşğulluğun təşviqi” komponenti çərçivəsində Texniki Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı təklif edir.
2016-cı ilin aprelindən 2017-ci ilin martınadək davam edəcək Beynəlxalq Liderlik Təlimi yüksək ixtisaslı texniki peşə təhsili və təlimi üzrə peşəkarlara səriştə, bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək.
Təlim kursunu uğurla başa vuran iştirakçılara Avropa Kredit Transferi Sisteminin (AKTS) kreditləri veriləcək. Maqdeburq Universitetində proqram başa çatdıqdan sonra AKTS kreditləri peşə təhsili ilə əlaqəsi olan akademik beynəlxalq Magistratura Tədqiqat Proqramları tərəfindən tanınanacaq. Bu da iştirakçıların universitetdə qısaldılmış təhsil müddətində magistr dərəcəsini qazanmasına imkan yaradacaq.
Təlim kursunda iştirak üçün təhsil sahəsində, məktəblərdə və ya təhsillə bağlı layihə idarəçiliyində ən azı 3 illik peşəkar təcrübəsi olan, ingilis dilini mükəmməl bilən, bakalavr dərəcəsinə malik 45 yaşa qədər şəxslər iştirak edə bilərlər.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42