• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Mehmanxana inzibatçısı” ixtisası üzrə kadrların hazırlanmasına dair yeni layihənin təqdimat mərasimi

Oktyabrın 13-də 5 nömrəli Bakı Peşə Liseyində “Mehmanxana inzibatçısı” ixtisası üzrə kadrların hazırlanmasına dair yeni layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council”un ölkə direktoru Elizabet Vayt, Abşeron Otellər Qrupunun idarəedici direktoru Mark Ehler iştirak ediblər.

Təhsil Nazirliyinin “British Council” və Abşeron Otellər Qrupu ilə əməkdaşlıqda birgə icra etdiyi layihənin əsas məqsədi 5 nömrəli Bakı Peşə Liseyində “Mehmanxana inzibatçısı” ixtisası üzrə yeni proqram həyata keçirməkdir. Həmin proqram müəllimlərin potensialının artırılmasına, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanmasına və şagirdlərin praktik bacarıqlarının inkişafına əsaslanan təcrübə proqramlarının həyata keçirilməsinə imkan yaradacaq.

Dövlət-biznes əməkdaşlığını özündə birləşdirən bu layihə çərçivəsində şagirdlər  təhsil aldıqları müddətdə iş təcrübəsi keçəcəklər. Müəllimlər üçün nəzərdə tutulmuş təlimlər və kurikulumların hazırlanması prosesinə isə Böyük Britaniyadan dəvət olunan mütəxəssislər cəlb olunacaq.

Özəl sektoru təmsil edən tərəflərin iştirakı ilə reallaşdırılan pilot layihə Azərbaycanın ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən model olaraq istifadə ediləcək.

Layihənin davamlılığını təmin etmək üçün 2016-2017-ci il tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində 1 illik “Mehmanxana inzibatçısı” ixtisası üzrə müasir təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.


8 il əvvəl