2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.
Bundan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb.
VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.
Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42