• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli uşaqların mükafatlandırılması proqramı çərçivəsində mükafata layiq görülüb.

2013-cü ildə “Microsoft Azerbaijan” şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçən H.Hacıyev “BakuTel-2013” 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində “Ən gənc və fəal Windows eksperti” sertifikatına layiq görülüb. O, Bakı Avropa Liseyinin «ICT Masters Organization» təşkilatının “Advanced Master” səviyyəsini qazanmağa nail olub.
H.Hacıyev 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirdiyi YUNESKO-nun LFF layihəsi çərçivəsində «Digital Learning Weeks in Baku European Lyceum» adlı vebinarda iştirak üçün sertifikat alıb. Eləcə də YUNESKO-nun Qloballab layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub. “Qunduz 2014” Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilib.
Bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram hazırlayan H.Hacıyev, eyni zamanda "Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi layihə üzərində işləyir. O, təsviri incəsənət, musiqi və rəqs ilə də böyük həvəslə məşğul olur.
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatı azərbaycanlı məktəbliyə cari ilin avqust ayında təqdim olunacaqdır.


8 il əvvəl