• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə layihəsi olan “Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb.

Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər və Ekologiya” adlı yeni interaktiv–təhsil proqramı Bakı şəhərinin ümumi təhsil məktəblərini əhatə edib. Layihənin icrasına Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəstək göstərib.
Proqramın məqsədi ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsindən ibarətdir. Proqram çərçivəsində 7000 nəfərdən çox məktəbli Heydər Əliyev Mərkəzi, Müasir İnəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun Ev Muzeyi, Miniatür Kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeylərində təşkil olunmuş xüsusi maarifləndirici turlarda iştirak ediblər.
Qeyd edək ki, 1977-ci ildən başlayaraq mayın 18-i Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə dünyanın 150-dən artıq ölkəsində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası builki muzeylər gününü “Muzeylər və cəmiyyətin dayanıqlı inkişafı” mövzusuna həsr edib.


8 il əvvəl