• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” mövzusunda təlimlər keçirilib.

Təhsil Nazirliyi və İnnovativ Texnologiyalar Təşkilatı arasında imzalanmış müqaviləyə əsasən keçirilən təlimlərdə Bakı şəhərində yerləşən məktəblərin ibtidai sinif müəllimləri və inzibati heyəti iştirak edib.
İlkin olaraq ibtidai sinif müəllimləri və inzibati heyət diaqnostik qiymətləndirmədən keçiblər. Diaqnostik qiymətləndirmədə az bal toplamış müəllimlər və inzibati heyət təlimlərə cəlb olunub.  
Təlimlərin birinci mərhələsində 742 müəllim və inzibati işçi iştirak edib və onlardan 584 nəfəri imtahandan keçərək sertifikata layiq görülüb.
Yekun imtahanda yüksək bal toplamış iştirakçılara, eyni zamanda diaqnostik qiymətləndirmədə yüksək bal toplamış müəllim və inzibati işçilərə Təhsil Nazirliyi tərəfindən kompüter və prometan lövhələrin verilməsi nəzərdə tutulub.


8 il əvvəl