“Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq məktəbdənkənar təhsil sahəsinin başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək;
- Məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək;
- Təhsili idarəetmə orqanları və məktəbdənkənar təhsil müəssisələri tərəfindən məktəbdənkənar təhsi sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.
Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı təşkilatlar, qeyri-hökümət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.
 
Məktəbdənkənar təhsil sahəsi üzrə işin başlıca təşkili vəzifələri:
- Məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi;
- Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişaflarının təminin dəstəklənməsi;
- Şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə    mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsi;
- Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə təlimati sənədlərin işlənib hazırlanmasının təmin edilməsi, onların təsdiqinə nail olunması və digər öhdəliklərin yerinə yetirilməsi.
 
Aşağıdakı funksiyaların icra edilməsi sayəsində məktəbdənkənar təhsil sahəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:
- Nazirliyin tərbiyə işinin təşkili və məktəbdənkənar təhsil üzrə öhdəliklərinin həyata keçirilməsi;
- Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsil üzrə prioritetlərinin müəyyənləşdirilməsi və bu sahədə siyasətin formalaşdırılmasında iştirak olunması;
- Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi, оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişaflarının təmini istiqamətində   aparılan işlərin əlaqələndirilməsi və tənzimlənməsi;
- Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə fəaliyyətlərin planlaşdırılması, idarə olunması və keyfiyyətinin yüksəldilməsi işinin təşkili daxildir.
 
Məktəbdənkənar təhsil müəssisələri haqqında statistik məlumat
 
Mərkəzlərin adı Mərkəzlərin sayı Qrupların sayı Uşaqların sayı Dərnək rəhbərləri, məşqçi- müəllimlərin sayı
Uşaq-Gənclər İdman-Şahmat Məktəbi  74 4767 57892 2856
Uşaq-Gənclər İnkişaf Mərkəzi 67 3856 54279 2895