Yeni dərs ili üçün nümunəvi cədvəllər

 

Hörmətli məktəb rəhbərləri və müəllimlər,

Hibrid tədris üçün dərs cədvəli nümunəsini  təqdim edirik.  Bu nümunələr 4 müxtəlif  situasiyanı əhatə edir:

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün;

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə;

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün;

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.

 

Bu nümunədən istifadə etməklə məktəbinizin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilərsiniz. Nəzərə almaq lazımdır ki, sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır.

Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmağınız tövsiyə olunur. Teledərslər hər gün “Mədəniyyət” və “Arb Günəş”  televiziya kanallarında səhər və günorta təkrar verilməklə yayımlanır. 

 

 

Məşğələ cədvəli nümunəsi (əyani məşğələlər həftədə 2 dəfə olmaqla, qrup iki yarımqrupa bölündüyü halda) - Məktəbəhazırlıq qrupu
 

 

Məşğələ cədvəli nümunəsi (əyani məşğələlər həftədə 3 dəfə olmaqla, bütöv qrup halında) - Məktəbəhazırlıq qrupu
 

 

Dərs cədvəli nümunəsi (əyani dərslər həftədə 3 dəfə olmaqla, sinif iki yarımqrupa bölündüyü halda) - VII sinif
 

 

Dərs cədvəli nümunəsi (əyani dərslər həftədə 3 dəfə olmaqla, bütöv sinif komplektində) - VII sinif
 

 

Dərs cədvəli nümunəsi (əyani dərslər həftədə 3 dəfə olmaqla, sinif iki yarımqrupa bölündüyü halda) - I sinif
 

 

Dərs cədvəli nümunəsi (əyani dərslər həftədə 3 dəfə olmaqla, bütöv sinif komplektində) - I sinif
 

 

Dərs cədvəli nümunəsi (əyani dərslər həftədə 2 dəfə olmaqla, sinif iki yarımqrupa bölündüyü halda) - I sinif
 

 

Dərs cədvəli nümunəsi (əyani dərslər həftədə 2 dəfə olmaqla, bütöv sinif komplektində) - I sinif
 

 

Teledərslərin cədvəli (Rus bölməsi)
 

 

Teledərslərin cədvəli (Azərbaycan bölməsi)