Apellyasiya Şurasının iclası keçirilib

Təhsil Nazirliyinin Apellyasiya Şurasının ikinci iclası keçirilib.

İclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin Maliyyə sektorunun məsləhətçisi vəzifəsinə namizəd Şöyüb Yusifzadənin, Neftçala Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Səbinə İbadovanın, Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Gülay Qaçayevanın dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibənin nəticələrinə dair şikayətlərinə  baxılıb.

Qeyd olunan dövlət qulluğu vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən yaradılan Müsahibə komissiyalarının üzvlərinin təqdim etdiyi məlumat və müsahibələrin videogörüntüləri əsasında şikayətlər araşdırılıb. Hər üç şəxsin şikayətlərinin təmin edilməməsi, Müsahibə Komissiyasının qərarlarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarlar qəbul edilib.

Apellyasiya Şurasının Katibliyi tərəfindən Şuranın qərarlarının vətəndaşlara göndərilməsi təmin edilib.