Anar Vəliyev
 

ADA Universitetinin dosenti, fəlsəfə doktorudur. 1999-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavriatura, 2001-ci ildə isə həmin universitetin magistratura səviyyəsini bitirib. 2003-cü ildə ABŞ-ın İndiana Universitetində ictimai siyasət üzrə ikinci magistr dərəcəsini alıb. Bir sıra elmi məqalə və kitab bölmələrinin müəllifidir. 2007-ci ildə Luisvill Universitetində şəhər siyasəti və idarəetmə ixtisası üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. Müxtəlif mükafatlarla təltif olunub. Məqalələri “Cities”, “Eurasian Geography and Economics”, “Cultural Geographies”, “Communist and Post-Communist Studies” kimi bir sıra jurnallarda nəşr olunub.

 

 

 

Asif Cahangirov
 

Pedaqoji fəaliyyət və təhsilin idarəolunması sahəsində 40 ildən artıq iş təcrübəsinə malikdir. 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. Təhsil sahəsi ilə bağlı 150-dən artıq məqalə və müsahibəsi dərc edilib. “Azərbaycan SSR Xalq Maarif Əlaçısı”, “SSRİ Maarif Əlaçısı” döş nişanları ilə təltif olunub.

 


 

Elmina Kazımzadə
 

Bakı Dövlət Universitetinin psixologiya və sosial elmlər fakültəsi, gender və tətbiqi psixologiya kafedrasında dosent vəzifəsində çalışır. 2017-ci ildən TEAS Press Nəşriyyat evinin təhsil üzrə məsləhətçisi kimi fəaliyyət göstərir. Psixologiya üzrə fəlsəfə doktorudur, xaricdə nəşr olunmuş 3 kitabın həmmüəllifi, 1 dərs vəsaitinin, yerli və xarici elmi jurnallarda dərc olunmuş 15 məqalənin müəllifidir. Təhsil üzrə beynəlxalq və yerli təlimlərin təlimçisi olaraq çalışıb. 2008-2017-ci illərdə ictimai əsaslarla Dərsliklərin Qiymətləndirmə Şurasının sədri olub. Təhsil siyasəti üzrə Beynəlxalq Şəbəkənin İdarə heyətinin üzvüdür.

 


 

Etibar Əliyev
 

1986-cı ildən 1992-ci ilədək Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində elmi işçi, 1992-ci ildən 2002-ci ilədək Təhsil Nazirliyinin Elm və təhsil idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Fəlsəfə üzrə fəlsəfə doktorudur. XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədridir. 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir. Təhsil və elm sahəsində 300-dən çox elmi və publisistik məqalənin, bir neçə kitabın müəllifidir

 


 

Hikmət Əlizadə
 

Respublika Təhsil Şurasının sədridir. 1989-cu ildə pedaqogika və psixologiya  üzrə dosent, 2003-cü ildə isə pedaqogika üzrə professor elmi adına layiq görülüb. 2009-cu ildə Bakı Dövlət Universitetinin  90 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalına layiq görülüb. 1 monoqrafiya, 13 kitab, 2 dərslik, 2 dərs vəsaiti, 150-dən artıq məqalə, proqram, metodik vəsait və tezisin müəllifidir. 

 

 


 

İlqar Orucov
 

2005-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri seçilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı hazırlayan işçi qrupunun, eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olub. Həmçinin AMEA-nın Fizika İnstitutunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərib. 2008-2013-cü illərdə "Gənc alimlərin əsərləri" elmi jurnalının baş redaktorunun müavini, 2013-cü ildən isə baş redaktoru olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədridir. 2006-cı ildə elm sahəsində nailiyyətlərinə görə “Gənclər mükafatı” ilə, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

 


 

Mais Əliyev
 

Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının (indiki Əmək və ekologiya hüququ kafedrası) müəllimi, baş müəllimi, dosenti vəzifələrində işləyib.  Əmək və ekologiya hüququ kafedrasında professor vəzifəsində çalışır.150-dən çox məqalə, 5 monoqrafiya, 7 kitab və 2 dərsliyin müəllifidir. Elmi rəhbərliyi altında 5 namizədlik dissertasiya işi müvəffəqiyyətlə müdafiə olunub. Hazırda 3 doktorant və dissertanta elmi rəhbərlik edir. 2012-ci ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

 


 

Mirzə Cəfərzadə
 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) sədrinin müavinidir. 2007-ci ildə “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi yubiley medalı”, 2010-cu ildə “Həmkarlar ittifaqlarında xidmətə görə” fəxri adı, 2008-ci ildə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı”, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

 


 

Nadir İsrafilov
 

1981-ci ildə Azərbaycan SSR Maarif Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi kimi fəaliyyətə başlayıb. 1987-ci ildə Bakı şəhəri Nəsimi rayonuna Maarif şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1990-cı ildən Bakı Şəhər Baş Təhsil İdarəsində inspektor kimi fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Strateji təhlil və planlaşdırma sektorunun müdiri təyin olunub. Ali kateqoriyalı müəllim, “Azərbaycan SSR Xalq maarif əlaçısı” döş nişanı,  Fəxri Fərman, beynəlxalq sertifikat və mükafatlarla təltif edilib. Çoxlu sayda proqram, metodik tövsiyə, elmi-pedaqoji və analitik yazıların müəllifi, bir sıra ictimai-nəzarət şuralarının üzvüdür.

 


 

Şahlar Əsgərov
 

Fizika-riyaziyyat elmləri doktoru, professordur. Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. 200-dən çox elmi, 700-dən artıq publisistik məqalə, 11 kitab və 3 monoqrafiyanın müəllifidir. Nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var. 1995-2000-ci, 2000-2005-ci illərdə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub. "Şöhrət" ordeni və "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib.  Bir sıra Beynəlxalq Akademiyaların üzvüdür.

 


 

Ülviyyə Mikayılova
 

Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.  Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə əməkdaşlıq edib, “Addım-addım” proqramının rəhbəri olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.  Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.


 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın Reqlamenti